Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur.
Bu barədə Arazmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb”, – nazirliyin açıqlamasında qeyd edilib.