Bu ilin yanvar-aprel aylarında Azərbaycan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində mal ixrac edib. Bu barədə Arazmedia.az-a Dövlət Gömrük Komitəsindən bildirilib. Məlumata görə, bunun 3,889 milyon dollarlıq hissəsi aprel ayının payına düşüb. 4 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb. Share