DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Hərbi Xəbərlər

Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır – MN

1 dəqiqəyə oxunur

Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Arazdəyən istiqamətinə guya atəş açılması ilə bağlı yaydığı məlumatın heç bir əsası yoxdur.

Bu barədə Arazmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələrindən qarşı tərəf istiqamətinə atəş açılmayıb”, – nazirliyin açıqlamasında qeyd edilib.