DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

İdman

Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli olub

1 dəqiqəyə oxunur

Tokio-2020 Yay Olimpiya Oyunlarının futbol yarışlarında ilk yarımfinalçı müəyyənləşib.

Arazmedia.az-ın məlumatına görə, 1/4 finalda Kot-d İvuar yığmasını 5:2 hesabı ilə məğlub edən İspaniya millisi adını növbəti mərhələyə yazdırıb.

Görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. 10-cu dəqiqədə Afrika təmsilçisinin heyətində Erik Bayi fərqlənib. Yarım saatın tamamında Dani Olmo hesabı bərabərləşdirib. Matçın əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə Maks Qradel Kot d İvuarı yenidən önə keçirib. Lakin 2 dəqiqə sonra Rafael Mir tarazlığı bərpa edib.

Pireneylilər əlavə vaxtda daha 3 qol vurublar. 98-ci dəqiqədə Mikel Oyarsabal fərqlənib. 117 və 120+1-ci dəqiqələrdə rəqib qapısına yol tapan Mir həm het-trikini, həm də komandasının qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, İspaniya millisi yarımfinalda Yaponiya – Yeni Zelandiya cütünün qalibi ilə qarşılaşacaq.