DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Digər

Naxçıvanda Qazi ailəsi mənəvi terrora məruz qalıb – bundan səlahiyyətli nümayəndə Ceyhun Cəlilov da xəbərdardır – Fakt

1 dəqiqəyə oxunur

Hörmətli cənab Prezident!

Kasıb müəllim ailəsiyik.
İki qardaşım müharibə iştirakçılarıdır. Biri l qrup müharibə əlili, digəri isə, müharibə veteranıdır.
Biz yaşamaq üçün Şahbuz rayonunda, şəxsi Ata həyətimizdə bir dükan tikə bilmirik.
Buna imkan vermirlər. Şahbuz rayon İcra Hakimiyyəti deyir, bizlik deyil, biz icraçıyıq
Naxçıvan şəhərsalma komitəsi də, müxtəlif bəhanələr gətirir.

Sizin Naxçıvan üzrə səlahiyyətli nümayəndəniz Ceyhun Cəlilov da məsələdən xəbərdardır.

Lakin bizə kömək edən yoxdur.
İş orasındadır ki, bu qadağa təkcə bizə, iki qazisi olan ailəmizə tətbiq olunub.

Rayonda hhər kəs nəsə tikir, qurur. Heç kim onlara mane olmur.

Sizdən xahiş edirəm, ya bizə 50 illik şəxsi həyətimizdə tikintiyə icazə verilsin, ya da da insan kimi yaşaya biləcəyimiz bir dövlətdə ailəlikcə yaşamağımıza şərait yaradılsın.

Fariz Quliyev

Araz Media xəbər portalı