DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Amerikalı futbolçu “Çelsi”dən “Milan”a   keçdi

1 dəqiqəyə oxunur

İtaliyanın “Milan” klubu İngiltərənin “Çelsi” komandasının hücumçusu Kristian Pulişiçi transfer edib.

Arazmedia.az  İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan”, “Çelsi” və futbolçunun agenti arasında Kristian Pulişiçlə bağlı danışıqlar aparılıb və dördillik müqavilə imzalanıb.

Amerikalı futbolçunun “Milan”a keçidi 22 milyon avroya başa gəlib.

Mənbənin bildirdiyinə görə, “rossoneri” bu transferdə uzun müddət israrlı olub.

İyirmi dörd yaşlı futbolçu 2019-cu ildə Almaniyanın “Borussiya Dortmunt” klubundan “Çelsi”yə keçib. O, dörd mövsüm ərzində 98 oyunda meydana çıxıb. İyirmi dəfə fərqlənən futbolçu doqquz məhsuldar ötürmə ilə də yadda qalıb.