İtaliya A Seriyasında III turun oyunları davam edir. Arazmedia.az xəbər verir ki, turun növbəti oyun günündə iki qarşılaşma keçirilib. “Parma” doğma meydanda “Montsa”nı qəbul edib. Qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Turun mərkəzi görüşündə isə “Milan” səfərdə “Yuventus”la üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma heç-heçə ilə yekunlaşıb – 1:1. Share