Növbəti dəfə İranla razılığa gəldiklərinin açıqladı
1 dəqiqəyə oxunur
Share
Vaşinqton və Tehran Hörmüz boğazı ilə bağlı razılığa gəliblər.
Arazmedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu təyyarəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ABŞ, o cümlədən razılaşmanın mümkün olduğuna inanan Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının xahişi ilə İslam Respublikasına zərbə endirməkdən imtina edib. Tramp izah edib ki, artıq Hörmüz boğazı ilə bağlı razılaşmalar mövcuddur və daha sonra nüvə proqramı və ya İranın nüvəsizləşdirilməsi ilə bağlı razılaşma olacaq.
Xatırladaq ki, ötən İranın “Fars” xəbər agentliyi məlumatlı mənbələrə istinadən İran və ABŞ arasında Hörmüz boğazının açılması ilə bağlı heç bir razılaşmanın olmadığını bildirmişdi.