Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilə yaranıb – VİDEO
1 dəqiqəyə oxunur
Share
“Respublika ərazisində qarlı və qeyri-sabit hava şəraiti səbəbindən Yardımlı, Qax, Şamaxı, Daşkəsən və Sabirabad rayonları ərazisində bəzi kəndlərin elektrik enerjisi verilişində fasilə yaranıb”.
“Azərişıq” ASC-dən Arazmedia.az-a bildirilib ki, qəza xidmətinin əməkdaşları dərhal həmin ərazilərə cəlb edilib, abonentlərin elektrik enerjisi ilə təchiz olunmaları üçün bütün imkanlar səfərbər olunub. “Azərişıq”dan o da qeyd edilib ki, kəskin hava şəraitinə baxmayaraq, 6500-ə yaxın abonentin elektrik enerjisi ilə təminatında yaranmış fasilənin aradan qaldırılması üçün işlər davam etdirilir.