Avtomobil yollarında yeni texnologiyaya əsaslanan daha 3 elektron tərəzi quraşdırılıb.
Arazmedia.az yenisabah-a istinadən xəbər verir ki, elektron tərəzilərlə nəzarət tədbirlərinə oktyabrın 2-dən başlanılacaq.
Yeni tərəzilərin 2-si M-2 Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 91-ci kilometrində, Hacıqabul rayonunun Nəvahi qəsəbəsi ərazisində, 1-i isə M-6 Hacıqabul–Bəhramtəpə–Mincivan avtomobil yolunun 18-ci kilometrində, Sabirabad rayonunda quraşdırılıb.
Elektron tərəzilərin tətbiqində əsas məqsəd yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsidir.
Daşıyıcılardan qabarit, çəki və oxa düşən kütlə ilə bağlı müəyyən edilmiş tələblərə riayət etmələri xahiş olunur.