![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2022/10/1666990978_depositphotos_235034756_xl-pic4_zoom-1500x1500-72091.jpg?resize=640%2C360&ssl=1)
Polşa hakimiyyəti ilk atom elektrik stansiyasının (AES) tikintisi üçün ABŞ şirkətini seçib.
Arazmedia.az xəbər verir ki , bunu ABŞ-ın energetika naziri Cennifer Qranholm deyib.
“Bəzi xəbərləri bölüşmək istərdim: Polşanın Baş naziri Mateuş Morawiecki indicə Polşanın nüvə layihəsinin birinci hissəsini həyata keçirmək üçün ABŞ hökumətini və Westinghouse-u seçdiyini elan etdi”, – nazir deyib.
Onun sözlərinə görə, bu obyektin tikintisi 40 milyard dollara başa gələcək.
Bundan əvvəl Avropa İttifaqı qaz və nüvə enerjisini ekoloji cəhətdən təmiz enerji mənbələri kimi tanıyıb .