DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İqtisadiyyat

Qarabağa sərmayə qoyuluşu: “Xarici şirkətlərin iştirakı təhlükəsizlik baxımından əlverişli deyil”

2 dəqiqəyə oxunur

“Yerli iş adamlarının marağını artırmaq üçün bankların aşağı faizli kredit verməsi yaxşı olar”.

Bu sözəri ölkə başçısı İham Əliyevin Ağdam rayonuna səfəri zamanı Azərbaycan iş adamlarına müraciət eddərək azad edilmiş ərazilərə sərmayə qoymaları ilə bağlı çağırışına münasibət bildirən “VECON CONSULTING” şirkətinin direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədr müavini, iqtisadçı Vüqar Oruc Yenicag.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Qarabağda yenidənqurma və bərpa işlərində yerli sərmayəyə üstünlük verilməsi ölkənin təhlükəsizliyi baxımından da önəmlidir:

“Prezident İlham Əliyevin məlum çağırışı təqdirəlayiqdir. İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpası, yeni iş yerlərinin açılması və iş adamlarına sərmayə qoyuluşu ilə bağlı çağırış edilməsi olduqca lazımdır. Çünki qarşıya qoyulan hədəflərə çatmaq üçün yerli sərmayənin səfərbər olmasına ehtiyac var. Sözügedən ərazilərə yerli sərmayə qoyuluşu milli maraqlara daha çox uyğundur. Kənar dövlətlərin sərmayələri bu və ya digər şəraitdə çox ciddi izlənməli və onların əsl məqsədləri araşıdırılmalıdır. Bu, təhlükəsizlik baxımından əlverişli deyil”.

Qarabağda bərpa işləri və biznes qurmağa meyli artırmağın yollarına da toxunan Vüqar Oruc qeyd edib ki, bir sıra stimullaşdırıcı addımların atılması milli maraqların qorunmasına effektiv təsir edə bilər:

“Yerli iş adamlarının marağını artırmaq üçün bankların aşağı faizli kredit verməsi yaxşı olar. Eyni zamanda sözügedən ərazilərdə çalışan işçi qüvvəsi üçün əməkhaqqında tutulmalar azaldıla bilər. Məsələn, şirkətlər işçilərə görə dövlətə 25-30 faizlik vergi verirlərsə, bu faizlər iki dəfə aşağı salına bilər. Bu, işğaldan azad olunmuş ərazilərdə işləməyə həvəsli olan gənclərin axınına səbəb ola bilər. Bununla yanaşı, biznes strukturları özləri üçün stimul əldə edə bilərlər. Ümid edirəm ki, Azərbaycan dövləti inkişaf üçün stimullaşdırıcı addımlar atacaq. Bu baxımdan ölkə başçısının çağırışı böyük əhəmiyyətə malikdir”.