DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

İndiyədək vurulan vaksinlərin ümumi sayı 12 milyonu ÖTÜB

1 dəqiqəyə oxunur

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 407 vaksin vurulub.

Arazmedia.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3375, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1869, buster doza üzrə vaksinasiya olunanların sayı isə 72 163 nəfərdir.

İndiyədək vurulan vaksinlərin ümumi sayı 12 627 370, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 273 971, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 768 299, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 585 100 nəfər təşkil edir.