DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Qarabağa qayıdacaq ailələrin sayı müəyyənləşdirilir

1 dəqiqəyə oxunur

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurd-yuvasına qayıdacaq ailələrin sayını müəyyənləşdirir.

Arazmedia.az xəbər verir ki, bu barədə Dövlət Komitəsindən bildirilib. Qeyd olunub ki, Dövlət Komitəsinin aidiyyəti şöbəsinin əməkdaşları tərəfindən qayıdışa hazırlıq məqsədilə keçirilən sorğular nəticəsində əlavə məlumatlar öyrənilməklə komitənin elektron məlumat bazası təkmilləşdirilir, eyni zamanda məcburi köçkünlərin qayıdışla bağlı fikirləri öyrənilir.

“Sorğular nəticəsində doğma yurd-yuvasına qayıdacaq ailələrin sayının müəyyənləşdirilməsi işğaldan azad olunmuş ərazilərdə inşa olunacaq yaşayış sahələrinin layihələndirilməsi və sifarişi üçün istifadə olunması nəzərdə tutulub”, – vurğulanıb.