DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Hadisə

Oyuncaq tapança ilə evə basqın edən tutuldu

1 dəqiqəyə oxunur

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə yanvarın 24-də rayon ərazisində yaşayan F.Hüseynovun evinə gələn şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Arazmedia.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və videogörüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb. Araşdırma aparılır.