“Xidmət keyfiyyətinin artırılması, sərnişin tələbatının və sürətli gedişlərin təmin edilməsi məqsədilə iyulun 28-dən Qaradağ rayonu, Ələt qəsəbəsini Səbail rayonu, 20-ci Sahə dairəsi ilə əlaqələndirən 195E nömrəli yeni ekspres marşrutu fəaliyyətə başlayır.
Arazmedia.az xəbər verir ki, “Neoplan” markalı 7 ədəd böyüktutumlu avtobus sərnişinlərə hər gün saat 06:30-dan 21:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək. Yeni 195E ekspres marşrutunun istifadəyə verilməsi paytaxtın ictimai nəqliyyat şəbəkəsinin inkişafı, sərnişin məmnunluğunun artırılması və Qaradağ rayonu sakinlərinin nəqliyyat xidmətlərinə çıxış imkanlarının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.