“Qarabağ”ın sabiq futbolçusu Emmanuel Addaininin yeni komandası müəyyənləşib. Arazmedia.az xəbər verir ki, Belçikanın yüksək liqa təmsilçisi “OH Leuven” klubu 24 yaşlı qanalı cinah hücumçusu heyətinə qatdığını açıqlayıb. Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Addai yeni komandasında 7 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Addai 2024-26-cı illərdə “Qarabağ”da oynayıb. Bu yay onunla başa çatan müqavilənin müddəti uzadılmayıb. Share