Abşeron rayonunun Novxanı kəndində açıq ərazidə 10 m² sahədə taxta tullantıları yanıb. Arazmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Yüksək temperaturdan ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və 2 p.m elektrik kabeli əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Share