DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Şəhidin adına bulaq inşa edildi – FOTOLAR

3 dəqiqəyə oxunur

Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan şəhid Nəhmətov Ceyhun Ehtiqad oğlunun döğum günü münasibətilə məzarı ziyarət edilmiş və adına inşa olunan bulaq kompleksinin açılışı olmuşdur.

Arazmedia.az xəbər verir ki, sentyabrın 8-də Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət Vəkili Rauf Əliyev, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən şəhidin uyuduğu məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılmış, məzarı üzərinə gül dəstələri qoyulmuş və ruhuna dualar oxunmuşdur. 

Daha sonra şəhid Nəhmətov Ceyhun Ehtiqad oğlunun adına inşa olunan bulaq kompleksinin açılış mərasimi keçirilmişdir. Mərasim iştirakçıları tərəfindən əvvəlcə bulağa gül dəstələri düzülüb və şəhidin əziz xatirəsi ehtiramla yad edilib. Mərdəkan qəsəbəsində inşa olunan bulaq kompleksinin açılış mərasimində Millət vəkili Rauf Əliyev, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, şəhidin ailə üzvləri, döyüş yoldaşları, din xadimləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən natiqlər şəhidin valideynlərinə belə igid oğul böyütdüyü üçün minnətdarlıqlarını bildirmiş, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Ceyhun Nəhmətovun  xatirəsinin əziz tutulduğunu, hər zaman qəlbimizdə əbədi yaşayacağını qeyd etmişlər.

Şəhid atası Ehtiqad Nəhmətov çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirmişdir. 

Nəhmətov Ceyhun Ehtiqad oğlu 8 sentyabr 1994 cü ildə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində anadan olmuşdur.2001 – 2012 ci illərdə Bakı şəhəri Xəzər rayon Mərdəkan qəsəbəsində 123 saylı orta məktəbdə təhsil almışdır.2012 ci ildə Dövlət Sərhəd Xidməti Akademiyasına qəbul olmuşdur.2016 cı ildə Akademiyanı Leytenant rütbəsi ilə bitirmişdir və həmin ildə Sərhəd Qoşunlarının Yevlax Çevik hərbi hissəsində iş fəaliyyətinə başlamışdır.2018 ci ildə Qazax Sərhəd dəsdəsinə yollanarağ orada Zastava rəisi vəzifəsində işini davam eləmişdir.2019 cu ildə isə Zaqatala Sərhəd Dəsdəsinə yollanarağ xidmətini davam eləmişdir.2020 ci ildə döyüşlərdən əvvəl Xüsusi Təyinatlı Qruplarında təlim keçərək sentyabr ayının 27 dən Xüsusi Təyinatlı olarağ döyüşlərə başlamışdır.Kəlbəcər,Füzuli Cəbrayıl,Laçın karidoru,Qubadlı,Zəngilan uğrunda gedən döyüşlərin hər birində fəal iştirak eləmişdir Cəbrayıl döyüşlərində ayağından qəlpə yarası almağına baxmayarağ döyüşə davam eləmişdir.Əlində qumbara ilə erməni səngərində 7-8 ermənini birdən partladıb məhv eləmişdir.8 Noyabr 2020 ci ildə Zəngilanın Ağbənd yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.Şəhid olduğdan sonra Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə Xidmətə Görə” Ordeni ilə “Vətən Uğrunda” Medalı ilə “Zəngilanın alınmasına görə” Medalı ilə təltif olunmuşdur. Şəhidimiz 8 Noyabr 2020 ci il Bakı şəhəri 3 cü Fəxri Xiyabanda dəfn edilmişdir.