DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Azərbaycan komandası 39 medal qazanıb

1 dəqiqəyə oxunur

Rusiyanın Kazan şəhərində keçirilən birinci MDB Oyunlarında Azərbaycan komandası aktivinə daha 2 medal əlavə edib.

Arazmedia.az xəbər verir ki, tayboksçumuz Rəvan Ağazadə (67 kq) qızıl medal uğrunda qarşılaşmada Belarus təmsilçisi Yevgeni Fyodorençikə uduzduğuna görə gümüş medalla kifayətlənib.

Digər gümüş medalı badminton komandamız qazanıb. Turnir cədvəlini 2-ci sırada başa vuran milli komanda gümüş medala layiq görülüb.

Qeyd edək ki, hazırda Azərbaycan komandasının aktivində 39 (11 qızıl, 9 gümüş və 19 bürünc) medal var.

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (8), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9) və muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.