DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Moskvada helikopter yandırıldı

1 dəqiqəyə oxunur

Moskvada Moskva Aviasiya Mərkəzinə məxsus Ka-32 helikopteri yandırılıb.

Arzmedia.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, hadisə Ostafyevo aerodromunda baş verib. Helikopter “Severnaya” dayanacağında saxlanılıb. Onu kimin yandırdığı məlum deyil. Yanğın sahəsi 30 kvadratmetrə yaxın olub və hava limanının yanğınsöndürənləri tərəfindən söndürülüb.

Hadisə yerində məhkəmə-tibb ekspertləri tərəfindən ayaqqabı dəyişdirmək üçün çanta, içərisində alışan maye iyi olan litrlik butulka, təkər dəmiri, tikanlı məftillər, şərf və əlcəklər aşkar edilib.

Su və Hava Nəqliyyatı üzrə İstintaq Komitəsi terror aktı ilə bağlı cinayət işi açıb.

Qeyd edək ki, Moskva Aviasiya Mərkəzi yanğınları söndürmək üçün Ka-32 helikopterlərindən istifadə edir.