Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ustayev Ömər Şərəfəddin oğlu işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətləri alıb. Arazmedia.az-ın məlumatına görə, o, xəstəxanaya yerləşdirilib tibbi yardım göstərilsə də, aldığı xəsarətlərdən orada vəfat edib. Qeyd edək ki, ölən şəxs rayon İşıq idarəsinin əməkdaşı olub. Faktla bağlı araşdırma aparılır. Share