DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Daha 35 Rusiya təşkilatına qarşı sanksiya tətbiq edildi

1 dəqiqəyə oxunur

Avstraliya Rusiyanın müdafiə, texnologiya və enerji sektorlarında fəaliyyət göstərən 35 təşkilata, o cümlədən Rusiya nazirləri və yüksək vəzifəli məmurları da daxil olmaqla 10 şəxsə, həmçinin Belarusdakı yüksək rütbəli hərbçilərə qarşı yeni sanksiyalar tətbiq edib.

Arazmedia.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq açıqlayıb. 

O qeyd edib ki, məhdudiyyətlər Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsinə birbaşa və ya dolayısı ilə dəstək verən şəxslərə və təşkilatlara maksimum təsir göstərmək məqsədilə beynəlxalq tərəfdaşlarla razılaşdırılaraq tətbiq olunub. 

Sanksiyalar Rusiya üçün iqtisadi və strateji əhəmiyyət kəsb edən hüquqi və fiziki şəxslərə qarşı yönəldilib.

Vonq bir daha Rusiyanı Ukraynadan dərhal çıxmağa, Belarusu isə işğalçı ölkənin müharibəsinə dəstəyi dayandırmağa çağırıb.