![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2023/04/1681032766.1681026093_16773147511675419906_1000x669.jpeg?resize=1140%2C694&ssl=1)
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Arazmedia.az xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
Belə ki, 3 minik və 10 təminat və təchizat avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib. Bundan əvvəl isə 1 minik maşını Laçın, 2 yük avtomobili isə əks istiqamətinə keçib.
Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 27-yə çatıb.