DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Nensi Pelosinin səfərində məqsəd Ermənistanı qorumaq deyil – Aydın Hüseynov

2 dəqiqəyə oxunur

“Nensi Pelosinin Ermənistana səfəri bütün kartları açdı. Regionda gərginliyin olmasında maraqlı olan qüvvələrin kimliyinə bir daha aydınlıq gətirildi. O da məlum oldu ki, bəzi dünya gücləri Cənubi Qafqaz regionunda möhkəmlənmək üçün müharibə yolunu seçir, ya da haqsız olan, işğal siyasəti yürüdənin yanında olmaqla zor dilində danışmağa üstünlük verirlər. Məsələnin başqa bir tərəfi də var ki, bunu daha çox ermənilərin, Ermənistan rəhbərliyinin bilməsi lazımdır. ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi heç də Ermənistana dəstək vermək, bu “zavallı” millətin yanında olmaq üçün İrəvana gəlməyib. Onun niyyəti başqadır”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Nensi Pelosinin erməni lobbisinin maraqlarına xidmət edən fəaliyyəti, regionda gərginliyinin yaradılmasına və bundan istifadə edərək ABŞ-da keçiriləcək seçkilərdə ermənilərin səsini qazanmağa hesablanıb: “Bu səfərlə Konqresin spikeri ABŞ-ın Azərbaycan ictimai rəyində onsuz da aşağı olan nüfuzunu daha da zəiflətdi. Pelosi bundan əvvəl də Çinin ərazisi sayılan Tayvana çox qalmaqallı səfər etmişdi. Hətta iş o yerə çatmışdı ki, Çin spikerin təyyarəsinin Tayvana enəcəyi halda vurulacağı ilə hədələmişdi. Pelosinin Ermənistana səfəri, keçirdiyi görüşlərdə ölkəmiz haqqında dedikləri Azərbaycan-ABŞ münasibətlərinin ruhuna, bu günə qədərki ikitərəfli əlaqələrimizə ciddi zərbə vurdu. Ermənistanın 30 illik işğalçılıq siyasətinə “dur” deməyən, bir dəfə də olsun bu işğalı pisləməyən Vaşinqton 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqları qəbul etmək istəmir. Halbuki Azərbaycan beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğun olaraq öz ərazilərini işğaldan azad edib. Bununla yanaşı Rusiyanın və Avropa İttifaqının təşəbbüsü ilə keçirilən danışıqlarda əldə edilmiş razılaşmaları tanımadığını büruzə verir, üstəlik də ATƏT-in Minsk qrupunun prosesə qaytarılmasının vacibliyini diqtə etməyə çalışır. Amma ABŞ-da onu da bilməmiş deyillər ki, regional problemlərin həllində kənar qüvvələrin iştirakı bir o qədər də effektiv alınmır”.