Görüş zamanı regionda mövcud olan nəqliyyat dəhlizlərində multimodal logistik əməliyyatların və yukaşırma proseslərinin optimallaşdırılması üçün göstəriləcək fəaliyyət və tətbiq olunacaq yeni monitorinq mexanizmləri müzakirə edilib.
Eyni zamanda, Bakı Limanı və “Azərbaycan Dəmir Yolları” QSC-nin regionda yaranan yeni reallıqlar fonunda yükaşırma proseslərini sürətləndirməsi, yük daşımalar sahəsində tətbiq edilən müasir texnologiyaların birlikdə istismarı, eləcə də texnoloji yeniliklərin birgə tətbiqi məsələləri müzakirə predmeti olub.
Nazir Bakı Limanının “Ro-ro”, “Bərə”, “Ümumi yük” terminallarına baxış keçirib. Rəşad Nəbiyev ağır tonnajlı nəqliyyat vasitələrinin sürücüləri ilə səmimi görüş keçirərək onları narahat edən məsələlər barədə məlumat alıb.
Hacıağa Qayıbov,
Arazmedia.az