DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bakı Limanı Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə institusional əməkdaşlığa başlayır

1 dəqiqəyə oxunur

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru Gülçöhrə Məmmədovanın təmsil olunduğu nümayəndə heyəti Bakı Limanına səfər edib.

Arazmedia.az Səfər çərçivəsində Bakı Limanı ilə AzMİU arasında gənc kadrların müasir bazarın tələblərinə uyğun hazırlanmasını özündə ehtiva edən Anlaşma Memorandumu imzalanıb.
Qonaqları salamlayan Bakı Limanının Baş direktoru Taleh Ziyadov,
Bakı Limanı tərəfindən regional yaşıl dəhlizlərin səmərəli əlaqəsinin qurulmasında, həmçinin logistika və nəqliyyatın gələcək dayanıqlığını təmin etmək üçün insan kapitalının inkişafına töhfə verən müxtəlif təlim proqramlarının həyata keçirildyini bildirib.
Öz növbəsində AzMİU-nun rektoru Gülçöhrə Məmmədova Bakı Limanında müasir idarəçilik sisteminin qurlduğunu və Universitetin Bakı Limanı ilə əməkdaşlığının nəqliyyat, infrastruktur, tikinti mühəndisliyi, logistika və s. sahələrdə kadr potensialının gücləndiriləcəyinə mühüm töhfə verəcəyini vurğulayıb. Bununla yanaşı, Limanın universitetlər və praktik iş həyatı arasında körpü olduğunu bildirdi.
Anlaşma memorandumuna əsasən universitetdə təhsil alan tələbələr öz ixtisaslarına uyğun peşəkar hazırlıq kurslarına cəlb olunacaq və akademik həyatda qazandıqları təcrübəni real iş mühitində tətbiq edəcəklər. Həmçinin, həyata keçiriləcək birgə təlim proqramları gələcəkdə universitetin məzunlarının Bakı Limanında və Azərbaycanda sürətlə genişlənən logistika sahəsində işlə təmin olunması üçün önəmli imkanlar yaradacaqdır.

Hacıağa Qayıbov