DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Milli qürur rəmzinə çevrilən ideologiya

3 dəqiqəyə oxunur

Qəhrəman xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük coşqu ilə qeyd edir. Bu günün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Həmrəylik Günü Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Azərbaycançılıq ideologiyası ətrafında birləşmək kimi müqəddəs hissləri özündə ehtiva edir.
Məhz Ulu Öndər Heydər Əliyev 1991-ci ilin 16 dekabr tarixində dünya azərbaycanlılarının birliyini yaratmağın vacibliyini nəzərə alaraq dekabr ayının 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmişdi.
Ümummilli Lider erməni təcavüzünün, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının xaricdə yaşayan hər bir azərbaycanlının əsas vəzifəsi olduğunu bildirərək ilk dəfə 2001-ci ilin noyabr ayında ölkəmizin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti olan dünya azərbaycanlılarının birinci qurultayının keçirilməsinə nail oldu. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamı isə hər bir həmvətənlimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
Sonrakı illərdə Ulu Öndərin bu siyasi kursu Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ardıcıl olaraq uğurla davam etdirildi. Cənab Prezidentin “Mən dünyada yaşayan hər bir azərbaycanlının prezidentiyəm” sözləri həmrəyliyimizi daha da möhkəmləndirdi.
Məhz Vətən Müharibəsindəki möhtəşəm qələbəmiz nəticəsində xalqımızın, eyni zamanda xaricdə yaşayan həmvətənlərimizin birlik və həmrəyliyi daha da möhkəmləndirilmiş, onların daha mütəşəkkil formada təşkilatlanması təmin edilmişdir.
Vətən Müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində göstərdikləri fədakarlıqlar da böyük qələbəmizə layiqli töhfə olmuşdur.
Bu qələbənin nəticəsidir ki, bu gün dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal olmaqla respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsində böyük rol oynayırlar.
Onu da qeyd edim ki, işğal altında olan torpaqlarımızın 30 il müddətində vəhşicəsinə dağıdılması, bütün infrastrukturun məhv edilməsinə baxmayaraq, Cənab Prezidentin vurğuladığı kimi, “Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik”.
Doğrudan da Möhtərəm Prezidentimiz, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə mütəmadi səfərləri, bərpa və quruculuğ işlərinin geniş vüsət alması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır.
İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bərpa və quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizin malik olduğu iqtisadi potensial ölkəmizin dayanıqlı inkişafını təmin edəcək.
Bu gün müstəqil dövlətimiz yaşadıqca, Ümummilli Lider Heydər Əliyevin ümumbəşəri dəyərlərə söykənən işıqlı ideyaları və azərbaycançılıq ideologiyası ölkəmizin davamlı inkişafına bundan sonra da öz töhfələrini verəcəkdir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Arazmedia.az