Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək. Arazmedia.az xəbər verir ki, məlumatı NATO-nun rəsmi saytı yayıb. Bildirilib ki, səfər zamanı dövlət başçısı Şimali Atlantik Şuranın iclasında iştirak edəcək. Bundan başqa, sabah Prezident İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olacaq. Görüşdən sonra liderlər mətbuat konfransı keçirəcəklər. Share