DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

1 dəqiqəyə oxunur

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizi sahillərində və Yenikənd su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakini Gülağa Qasımov, İsmayıllı rayon sakini Ramil Məhərrəmov, Xaçmaz rayon sakini Xəqani Müseyibov, Şəmkir rayon sakini Səbuhi Səfərov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

Neftçala rayonunda isə qanunsuz ov edən Bakı şəhər sakinləri Zaur Namazov, Zahir Həsənov və  Elşad Şükürov saxlanılıb.

“Faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb”.