Jurnalist Fariz Quliyev: “Prezident İlham Əliyev, mənim tək günahım Sizə xidmət etməyimdir”!
1 dəqiqəyə oxunur
Share
Cənab prezident İlham Əİliyev!
Mən Sizə xidmət edən jurnalist olmuşam. Məhz buna görə də, Sizdən yaşamaq üçün dükan yeri istəyirəm. Buna görə məni, Naxçıvanda “səlahiyyətli nümayəndəniz” Ceyhun Cəlilovun və ya Şahbuzun icra başçısı Rəfael Babayevin üstünə göndərməyin. Qeyd edim ki, iki qardaşım müharibə qaziləridir.
Demək istəyirəm ki, haqqım çatır ki, atamın yetmiş illik həyətində yaşamaq, yaşatmaq üçün dükan tikim. Yox əgər, buna imkan vermirlərsə, zəhmət çəkib normal maaşlı iş versinlər. Ya da siz bunu edin. Mən bunu əslində Sizdən istəyirəm. Ceyhundan Rəfaeldən yox!