DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

İqtisadiyyat

“2022-ci il üçün yaşayış minimumu haqqında” layihə II oxunuşda təsdiqləndi

1 dəqiqəyə oxunur

Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

Arazmedia.az xəbər verir ki, qanun layihəsinə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.