![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2023/04/1681018322.5640ef94-5894-3c5a-bccb-076b308602df_850.jpeg?resize=1140%2C694&ssl=1)
Fransada Marselin mərkəzində yaşayış binası uçub. Binanın uçması nəticəsində azı 5 nəfər xəsarət alıb.
Arazmedia.az xəbər verir ki, bu barədə şəhərin meri Benua Payan BFM televiziyasına bildirib.
Beş nəfər xəstəxanaya yerləşdirilib” – mer deyib. Mer qeyd edib ki, davam edən yanğın səbəbindən axtarış-xilasetmə işlərinə hələ də başlamaq mümkün deyil. “Qurbanların olacağına hazırlaşmalıyıq” – deyib.
Bundan əlavə, qonşu binanın uçma riski var.
Hadisə yerli vaxtla 00:40-da baş verib. İlkin versiyaya görə, səbəb hələlik müəyyən edilməyən partlayış olub. Eyni zamanda, BFM-in məlumatına görə, hadisə şahidləri hadisə yerində kəskin qaz iyinin gəldiyini bildirirlər.