![](https://i0.wp.com/arazmedia.az/wp-content/uploads/2021/11/image_2021-11-04_102240.png?resize=620%2C440&ssl=1)
“Hazırda Azərbaycanda pandemiya nəzarət altındadır. Yeganə məhdudiyyət qapalı məkanlarda maska taxılmasıdır”.
Arazmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən deyib.
“Biz əsasən SinoVac və Pfizer vaksinindən istifadə edirik. Peyvəndləmə səviyyəsi yüksəkdir. Peyvəndləmə könüllüdür”, – dövlət başçısı bildirib.