DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Dünya

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan TƏYİN EDİLDİ

1 dəqiqəyə oxunur

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Ali Hərbi Şurasının (AHŞ) qərarı ilə Türkiyə Silahlı Qüvvələrində (TSK) Quru Qüvvələri komandanı vəzifəsinə general Musa Avsever təyin edib.

Arazmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın bu gün AHŞ-nin 2 saata yaxın davam edən iclasından sonrakı açıqlamasında bildirib.

İbrahim Kalın deyib ki, AHŞ-nin qərarı ilə hava və dəniz qüvvələri komandanlarının vəzifə müddətləri uzadılıb.

44 general və admiralın vəzifə müddətləri bir il, 320 polkovnikin vəzifə müddəti isə 2 il uzadılıb.

30 avqust 2021-ci ildən qüvvədə olmaq etibarilə 17 general və admiralın rütbəsi bir dərəcə artırılıb, 56 polkovnikə isə general və admiral rütbəsi verilib.