İranın Zahidan şəhərində mədən işçilərini daşıyan nəqliyyat vasitəsinə naməlum şəxslər tərəfindən silahlı hücum təşkil edilib. Arazmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki işçi həlak olub, daha iki nəfər yaralanıb. Zahidan Polis Rəisi hücumla bağlı mətbuat açıqlamasında cinayətkarların tutulması üçün səylərin davam etdiyini bildirib. Share