DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!

Hadisə

Kəlbəcər yenə atəşə TUTULDU

1 dəqiqəyə oxunur

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 4-ü saat 14:50-də Basarkeçər rayonunun Əzizli kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Arazmedia.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.