DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Bu yollarda sıxlıq var – SİYAHI

1 dəqiqəyə oxunur

Bakının əsas küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq var.

Bu barədə  Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, Bakı – Sumqayıt şosesi (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şose boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur).

Belə ki, Qara Qarayev prospekti, əsas yol və köməkçi yol – Neftçilər metro stansiyasından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində, Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol), Zabrat şosesi – (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu Rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Binəqədi şosesi – (Əsasən,Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıq müşahidə edilir.