DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Eldar Əzizovun iki kadrı bu rayonlara icra başçısı təyin olundu

1 dəqiqəyə oxunur

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Elgin Şirin oğlu Həbibullayev Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Arazmedia.az-ın məlumatına görə, E.Həbibullayev icra başçısı təyin olunanadək Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri olub.

E.Həbibullayev Eldar Əzizov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işlədiyi dövrdə başçının köməkçisi olub. Eldar Əzizov 2011-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinə başçı təyin olunan zaman Həbibullayevi özünə köməkçi, sonra isə müavin təyin edib.

Dövlət başçısının digər bir sərəncamı ilə Coşqun Adil oğlu Cəbrayılov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

O bu vəzifyədək Bakı Şəhər İcra Hakimiyyətində şöbə müdiri işləyib.

Qeyd edək ki, onların hər iksii Eldar Əzizovun əsas kadrlarından hesab olunur.