DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Siyasət

AİP sədri DİPLOMATLARIMIZI TƏBRİK ETDİ

3 dəqiqəyə oxunur
AİP sədri DİPLOMATLARIMIZI TƏBRİK ETDİ 09 İyul 2021

9 iyul – diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.

Müsəlman dünyasında ilk Demokratik Respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyul ayının 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 24 avqust 2007-ci ildə Prezidenti İlham Əliyev hər il 9 iyul tarixinin Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalamışdır.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikası müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəldilmişdir.

AİP sədri DİPLOMATLARIMIZI TƏBRİK ETDİ 09 İyul 2021

Xarici siyasətin əsas prinsip və istiqamətlərinin formalaşma mərhələsi, Azərbaycan Respublikasının müasir
xarici siyasət strategiyasının fundamental prinsip və istiqamətlərinin formalaşdırılması böyük dövlət xadimi
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə başlamışdır. Heydər Əliyevin təməlini qoyduğu xarici
siyasət strategiyası müstəqil Azərbaycanın qurtuluşuna, Ermənistanın hərbi təcavüzünün qarşısının alınmasına,
ərazi bütövlüyünün bərpasına və gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsinə yönəlmişdi.

AİP sədri DİPLOMATLARIMIZI TƏBRİK ETDİ 09 İyul 2021

Azərbaycan Respublikasının milli mənafelərin qorunmasına xidmət edən xarici siyasət kursunun işlənib hazırlanması və gerçəkləşdirilməsi bütövlükdə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun güclü dövlətçilik təfəkkürü Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin düzgün qurulmasına imkan yaratmışdı.

Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu daxili və xarici siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də
davam etdirilir. Dövlətimizin başçısının yürütdüyü mahir xarici siyasət nəticəsində beynəlxalq münasibətlərin tamhüquqlu
subyekti kimi ölkəmizin beynəlxalq səviyyədə mövqeyi möhkəmlənir və nüfuzu artır, qlobal və regional proseslərə müsbət
təsir imkanları güclənir, milli maraqlarımız qorunur və həyata keçirilir.

AİP sədri DİPLOMATLARIMIZI TƏBRİK ETDİ 09 İyul 2021
AİP sədri DİPLOMATLARIMIZI TƏBRİK ETDİ 09 İyul 2021

Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycan Respublikasının xarici siyasətində milli maraqlar əsasında müstəqil siyasət kursu olaraq məhək daşı rolunu oynayır. Qloballaşma prosesinin bu qədər dərininə inkişaf etdiyi müasir dünyada müstəqil xarici siyasət həyata keçirən dövlətlərin sayı heç də çox deyil. Digər tərəfdən isə ölkəmizin yerləşdiyi regionun geosiyasi əhəmiyyəti
bu seçimi daha da çətinləşdirir.

Qafqaz regionu tarix boyu daim geosiyasi cəhətdən olduqca həssas, əbədi mübarizələr meydanı olmuşdur. Müxtəlif sivilizasiyaların, mədəniyyətlərin, dinlərin təmsilçilərinin bu regionda uzun əsrlər boyu mövcud olması da siyasi proseslərə öz təsirini göstərmişdir. Qlobal və regional güc mərkəzləri daim Qafqazı öz təsir dairələrində saxlamaq istəmişlər. Geosiyasi cəhətdən bu qədər həssas regionda milli maraqlara söykənən müstəqil və balanslaşdırılmış siyasət yeritmək olduqca çətindir. Məhz müstəqil və balanslaşdırılmış xarici siyasət kursu Azərbaycanı Qafqazda geosiyasi çəkisinə görə fərqləndirir.

AİP sədri DİPLOMATLARIMIZI TƏBRİK ETDİ 09 İyul 2021

Dövlətimizin  və  milli maraqlarımızın qorunmasında, Azərbaycan Prezidentinin müəyyən etdiyi siyasi xətti icra edən diplomatlarımızı, peşə bayramı günü münasibətilə təbrik edir, ugurlar arzulayırıq ! 

 “Analitik və İnformasiya Platforması” təşkilatın sədri Qulu İbrahimov.

Ukrayna, Kiyev.