Nəsli kəsildiyi elan edilən yaşıl quş 70 il sonra ilk dəfə yenidən görülüb.
Arazmedia.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “böyük ağızlı yaşıl quş”un yenidən təbiətdə görülməsi elm aləmində həyəcana səbəb olub.
Sözügedən quş növünün nəslinin 70 il öncə kəsildiyi bildirilsə də o, Sinqapurda ortaya çıxıb.
Ölkənin “Milli Parkları Qoruma” şurasının direktoru Lim Liyanq Cim-in verdiyi məlumata görə, həmin canlıya Pulau Ubin adasında rast gəlinib.
Qeyd edək ki, bu quş növü digərlərindən fosforlu yaşıl lələkləri ilə seçilir