DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
İdman

Avropa birinciliyində azərbaycanlı boksçu yarımfinalda

1 dəqiqəyə oxunur

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinin döyüşləri keçirilib.

Arazmedia.az  xəbər verir ki, Azərbaycan millisinin bir üzvü yarımfinala vəsiqə qazanıb.

1/8 finalda ukraynalı Arseni Oniyenkonu məğlub edən Məhəmmədəli Qasımzadə (54 kq) ikinci görüşünü də qalib kimi bitirib. O, Fyodor Kamanin (Estoniya) üzərində 5:0 (30:25, 30:25, 30:24, 30:25, 30:25) hesabı ilə qələbə qazanıb. Qasımzadə yarımfinala yüksəlməklə yanaşı, özü üçün azı bürünc medalı da təmin edib.

Onun finala gedən yolda rəqibi rumıniyalı Daniel Girleanu olacaq. Döyüş bu gün keçiriləcək.

Azərbaycanın digər boksçularından Kənan Babayev (48 kq) Malik Saqaypova (Rusiya), Fərhad Şeydayev (63 kq) Adham Kayoufa (İsrail), Ziya Həsənov (66 kq) Mehman Namazova (Gürcüstan) və Eldar Əsədli (+80 kq) Aleksandr Zelinskiyə (Ukrayna) məğlub olub.

30 ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.