DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Siyasət

“Bəziləri deyir ki, Xankəndi bizim deyil” – Razi Nurullayev

1 dəqiqəyə oxunur
"Bəziləri deyir ki, Xankəndi bizim deyil" - Razi Nurullayev 09 İyul 2021

“Adını siyasətçi qoyan bəziləri deyir ki, Zəngəzur olmayacaq, Xankəndi bizim deyil, niyə dayandıq, niyə erməniləri tam qovmadıq və sairə”.

Arazmedia.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, bu şəkildə pafosla danışanların heç biri 27 sentyabrdan 28-nə çıxa bilməzdi: “Yekə-yekə danışmağa nə var ki? Belə çıxır ki, Paşinyanla elələrinin düşüncəsi arasında fərq yoxdur. Elələrinin düşüncələri 90-cı illərin əvəvllərindən bu günə dəyişməyib”.

Deputat təklif edib ki, yeni siyasi qüvvələr güclənməlidir, siyasi mədəniyyət formalaşmalıdır: “Biz bu yolda addımlayırıq və ümidvaram ki, çox şey fərqli olacaq. Bütün dünyada hər kəs güclə, intellektlə, məntiqlə hesablaşır. Prezidentin bu sahə üzrə təyin etdiyi məmur var – Ədalət Vəliyev. Siz hələ görün intellektiniz, dünyagörüşünüz, savadınız onunla danışmağa bəs edirmi? 15 dəqiqə ərzində mat və pat olacaqsınız. Siyasət ərköyün uşaq deyil ki, nazına dözəsən. İndi intellekt və siyasi mədəniyyət zamanıdır”.