Ermənistanda “Şərəfim var” seçki blokundan deputatlığa namizəd, Armavirin keçmiş meri Ruben Xlqatyan saxlanılıb.
Arazmedia.Az xəbər verir ki, bu barədə “Facebook”da onun vəkilləri Qayane Papoyan və Arsen Sardaryan bildirib.
Onların sözlərinə görə, bu, siyasi təqibdir. Məqsəd seçki ərəfəsində “Şərəfim var” blokunun siyasi fəaliyyətinə müdaxilə etməkdir.
Qeyd edək ki, blokun təsisçisi sabiq prezident Serj sarkisyanın Respublika partiyası və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsiyandır.