DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!


Promo
Dünya

Sarkisyanın seçki blokunun nümayəndəsi tutuldu

1 dəqiqəyə oxunur
Sarkisyanın seçki blokunun nümayəndəsi tutuldu 11 İyun 2021

Ermənistanda “Şərəfim var” seçki blokundan deputatlığa namizəd, Armavirin keçmiş meri Ruben Xlqatyan saxlanılıb.

Arazmedia.Az xəbər verir ki, bu barədə “Facebook”da onun vəkilləri Qayane Papoyan və Arsen Sardaryan bildirib.

Onların sözlərinə görə, bu, siyasi təqibdir. Məqsəd seçki ərəfəsində “Şərəfim var” blokunun siyasi fəaliyyətinə müdaxilə etməkdir. 

Qeyd edək  ki, blokun təsisçisi sabiq prezident Serj sarkisyanın Respublika partiyası və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsiyandır.