Dövlət Yol Polisində (DYP) növbəti kadr dəyişikliyi olub. Arazmedia.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə, polis polkovnik-leytenantı Rafiq Məmmədov Qaradağ rayon DYP-nin rəisi təyin olunub. Qeyd edək ki, o, bu təyinatadək Suraxanı DYP-nin rəisi vəzifəsində çalışıb. Share