DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cinayət

Lerikdə silah-sursat saxlayan şəxs həbs edildi 

1 dəqiqəyə oxunur

Lerik rayon sakini əvvəllər məhkum olunmuş 35 yaşlı Emil Qafarovun qanunsuz olaraq odlu silah-sursat saxlaması barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Arazmedia.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb. Onun kənd ərazisindəki iri beton borunun içərisində gizlətdiyi 1 ədəd “AKSU-74” markalı avtomat silahı, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə E.Qafarov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.