DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Twede Kamer Niderland Krallığı parlamentinin “Nieuwspoort” mətbuat mərkəzində

4 dəqiqəyə oxunur

“Qərbi Azərbaycana qayıdış Konsepsiyası və Avropada yaşayan azərbaycanlılarla görüş platforması müstəvisində konfrans keçirilmişdir.
Konfransın təşkilatcıları
Beniluks Azərbaycanlıları Konqresi (BAK) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzidir (ATXƏM)

İlk öncə Vətən yolunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra, Azərbaycan Respublikasının və Niderland Krallığının dövlət himni səsləndi.

Qərbi Azərbaycanlıların deportasiyalarını əks etdirən “Zəngəzur”adlı sənədli filmi nümayiş edildi.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov qonaqları salamlayaraq bu günümüzdə Qərbi Azərbaycana qayıdış Konsepsiyasının dünya informasiya hüdudlarında genişlənməsinin çox önəmli olduğunu vurğuladı. Bu işdə BAK ın hər sahədə əməkdaşlığa hazır olduğunu söylədi.

Konfransın təşkilatçısı, Azərbaycanlıların və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi(ATXƏM) sədri, İlham İsmayılov öz çıxışında bir zamanlar Azərbaycan ərazisi olan Qərbi Azərbaycan torpaqlarının güzəştə getmə səhvi düzəlməli zərurətini qeyd etdi.
O, öz yurdundan qaçqın düşmüş vətəndəşların dünya təşkilatları ictimaiyyətinin köməyi ilə hüquqları bərpa olunması, bu insanların öz ata baba yurdlarına təhlükəsizlik gediş gəlişi təmin olunma zərurətini vurğuladı. Bu mövqedən çıxış edən İlham müəllim, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını açıqladı.

Daha sonra söz, Qərbi Azərbaycanlıları İcmasının sədri, millət vəkili, Əziz Ələkbərliyə verildi. O, bir zamanlar başçılıq etdiyi Azərbaycan Qaçqınlar Cəmiyyətinin yaranmasından və Qərbi Azərbaycan İcmasına çevrilmə tarixinə nəzər saldı. Bu illər ərzində gördükləri işlər barədə danışdı. 200 il bundan qabaq və indiki dövrümüzə qədər bu torpaqla baş vermiş deportasiyalar barədə məlumatlar verdi. Ermənilərin, sənədlər əsasənda toplanmış cinayət işlərindən və bu cinayətlərin cəzasız qalmasından və digər önəmli faktlardan söz açdı.

Ondan sonra söz, Qərbi Azərbaycanlııar İcmasının sədr müavini, millət vəkili, Hikmət Məmmədova verildi. O, yuz il dönəmində Qərbi Azərbaycan ərazisində xüsusi amansızlıqla törədilən qanlı qətillərdən, məcburi deportasilardan, soydaşlarımızın hüququnun kobud şəkildə pozulmasından danışdı. Pozulmuş hər bir kəsin bərpa oluna biləcək hüququn, hətta Ermənistanın özünə xeyirli olduğunu qeyd etdi.

Sonuncu İrəvan xanının varisi Əmir Əli Sərdari İrəvani də konfransda iştirak edərək öz nəslinin və Qərbi Azərbaycan tarixinə dair apardığı araşdırmalardan söhbət açdı. Qərbi Azərbaycana qayıdış Konsepsiyasının xalqınız üçün nə dərəcədə önəmli olduğunu vurğuladı.

“Vətəndaşların Social Rifahı Naminə” İctimai Birliyinin sədri, bir zamanlar İrəvan şəhər sakini olmuş, İradə Rzazadə özünün dilbər guşə olan və öz əsrarəngsiz tikililəri ilə məhşurlaşan İrəvandan söz açdı. Əsrlər boyu ata babalarından miras qalmış tikililər bağ bağatın sənədlərini belə qoruyub saxladığını söylədi. Həmçini, ən böyük arzusunun, yenidən öz doğma torpaqlarına qayıtmaq, orada yaşayıb yaratmaq olduğunu söylədi.

Yeni təklif və BAK in Qərbi Azərbaycana qayıdış Konsepsiyasının Avropada, xüsusən də, Niderland cəmiyyətində mütəşəkillik tapa biləcək planları barədə, Benilüks Azərbaycanlıları Konqresinin sədr müavini, Sima Cəfərova danışdı. 2019 cu ildən Qərbi Azərbaycan problemini Niderlandda araşdıran Sima xanım, öz təkliflərini irəli sürdu.

Niderland Belçıka Azərbaycanlıları Koordinasiya Şürasının Əlaqələndiricisi Elxan Mirhəşimli isə iki dəfə deportasiyaya məruz qalma faktlarını açıqladı və sözü gedən Konsepsiyanı urəkdən dəstəklədiyini və bunun üçün lazım olan işlərin görülməsində əlindən gələni edəcəyini vurğuladı.
Ana Vətən Avropa Qadınları Birliyinin sədri Mayisə Ağamirzəyeva, mərhum prezident Heydər Əliyevin Qərbi Azərbaycan tarixi türk torpaqları barəsində gətirdiyi sitatlardan danışdı.

Qərbi Azərbaycanlı Konfrans iştirakçılarının yalnız bir arzu ifadə etdilər. Sülh yolu ilə ata baba yurdlarına qayıtmaq, öz doğmalarının qəbirlərini ziyarət etmək, gəlmə olan yerli əhali ilə sülh və əminamanlıq şəraitində yaşamaqdır.

Tədbirə qatılan Niderlandlı qonaqlar, qardaş Türk icma və cəmiyyət üzvləri, Pakistan, Polşa, Latviya, Ukrayna, Yəhudi İcmasının üzvləri, Özbəkistan və digər dost ölkələrindən və Niderlandda və Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk icma üzvləri, diaspora fəalları iştirak etdilər.

Konfransın sonu təltif və mükafatlarla yadda qaldı.

Qonaqlar və iştirakçılar arasında fikir mübadiləsi, gələcək planların müzakirəsi ilə konfrans öz işinə yekun vurdu.

BAK mətbuat xidməti.