DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Cəmiyyət

Yaşasın Müasir Azərbaycanın İşıqlı Səhiyyəsi

3 dəqiqəyə oxunur

İllər öncə Azərbaycan xalqının xilaskarı ULU ÖNDƏR HEYDƏR ƏLİYEV dövlət tədbirlərinin birində dahi S.Vurğunun AZƏRBAYCAN şeirinin bir bəndini kövrək hisslərlə ifadə etmişdir.
Ayrılarmı könül candan
Azərbaycan Azərbaycan
Şükürlər olsun böyük ALLAHA. Azərbaycanımızın ərazi bütövlüyü bərpa olundu. Rəşadətli Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yağı düşmən tamamilə məhv edildi. Haqq-ədalət zəfər çaldı.
Bu gün Azərbaycan Xalqı qalib bir Xalq kimi bütün dünyada tanınır. Bunun üçün canını Vətən yolunda qurban verən Qəhrəman Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların ruhu qarşısında baş əyirəm.
Son üç yüz ildə görünməyən, qazanılmayan bir möhtəşəm qələbənin canlı şahidləriyik. Nə xoş bizlərin halına ki, ölmədik bu günü gördük.
Müstəqil suveren dövlətimizin ərazi bütövlüyü qanunların bərpası, sülhün bərqərar olması hər kəsi sevindirir, qürurlandırır.
Azərbaycan dövləti cənab prezidentimizin rəhbərliyi ilə dünyanın ən inkişaf etmiş dövlətləri sırasında inamla addımlayır.
Belə bir el deyimi var. Sağlam bədəndə sağlam ruh olar. Dövlətimizin inkişafı xalqımız, vətəndaşlarımız üçün strateji əhəmiyyət kəsb edən səhiyyəmizə də öz müsbət təsirini göstərməkdədir.
Əziz oxucular diqqətinizə çatdırım ki, bu yaxınlarda şəxsi avtomobilimi idarə edərkən sükanda özümü pis hiss etdim, Avtomobili yol kənarında əyləyib ətrafdakı insanlardan kömək istədim. Qan təzyiqim çox yüksək olduğundan səkidə əyləşəsi oldum. Həmin an başıma qədirbilən xalqımızın insanları toplaşdı. Hər kəs bacardığı yardımı göstərdi Adamların arasından iki nəfər gənc polis zabiti özlərini mənə təqdim edərək, məni xəstəxanaya çatdıracaqlarını bildirdilər. Yeri gəlmişkən onların timsalında bütün Azərbaycan polisinə dərin təşəkkürümü bildirirəm.Tez bir zamanda polislər məni el arasında “Respublikanski” deyilən Mir Qasımov adına xəstəxanaya çatdırdılar Qayğıkeş həkimlərimizin müdaxiləsi nəticəsində stabil hala gətirildim. Həkimlər məsləhət etdilər ki, müalicəni bizim xəstəxanada yatıb davam etdirsən, tezliklə ayağa qalxa bilərsən. Bir həftə xəstəxanada müalicə olundum. Hippokrat andına sadiq olanlar, qalib ölkənin dəyərli uzman həkimləri sağlamlığıma qovuşmaqda Allahın izni ilə yardımçım oldular.

Başda tibb ocağının direktoru əməkdar həkim Elviz Qasımov olmaqla, kardioloq həkim Mehriban İsgəndər, tibb bacısı Reyhan xanım və xəstəxananın digər əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm
Allah Azərbaycanımızı qorusun.Ali baş komandanımızı qorusun Var olsun səhiyyəmiz. Var olsun TƏBİB.
Onu da qeyd edim ki, üç il əvvəl tanınmış jurnalist Fariz Quliyev də, çox ağır kritik koma vəziyyətində bu xəstəxanaya çatdırılmış, dəyərli təcrübəli loğmanlarımızın təxirəsalınmaz müdaxiləsi nəticəsində hörmətli Fariz müəllim tez bir vaxtda öz sağlamlığına qovuşmuşdu.
Sonda yenə ULU ÖNDƏRİMİZİN hikmətli kəlamları ilə fikrimi tamamlayıram.
MƏN FƏXR EDİRƏM Kİ MƏN AZƏRBAYCANLIYAM!

Müəllif: Ədil Kəlbəcərli