Fevral ayının 23-də helikopter qəzasına uğrayan İranın idman naziri Seyid Həmid Səccadinin vəziyyəti ağırlaşıb.
Arazmedia.az xəbər verir ki, bu barədə Kirman şəhərinin təcili yardım şöbəsi açıqlayıb.
Məlumata görə, hazırda nazirin Baft şəhərindən Kirman tibb mərkəzlərinə köçürülməsi işləri davam etdirilir. Onun beyninə qan sızıb.